Ukraynadan Moldovaya keçən azərbaycanlıların növbəti qrupu Vətənə yola düşüb
28-02-2022, 17:30
7 147

Ukraynadan Moldovaya keçən azərbaycanlıların növbəti qrupu Vətənə yola düşüb

Ukraynada yaranmış vəziyyətlə əlaqədar ölkəni tərk edərək Moldovaya keçən azərbaycanlıların növbəti qrupu Vətənə yola düşüb.
İlk növbədə qadın və uşaqların evakuasiyası üçün şərait yaradılır, bu gün Kişinyovdan daha 72 azərbaycanlı İstanbul aviareysi ilə yollanıblar.
Kişinyovda qalan azərbaycanlılar üçün yerli hökumət tərəfindən qalmaları üçün düşərgə yaradılıb.
Qeyd edək ki, Azərbaycan vətəndaşları Ukrayna ərazisini Moldova, Polşa, Slovakiya, Macarıstan və Rumıniya istiqamətlərində tərk edə bilərlər./report
 
 

 

 

 


Oxşar xəbərlər