Rusiya-Ukrayna danışıqları başa çatdı - YENİLƏNİB (VİDEO)
28-02-2022, 17:57
7 237

Rusiya-Ukrayna danışıqları başa çatdı - YENİLƏNİB (VİDEO)

Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında danışıqlar başa çatıb.
Bu barədə Ukraynanın “Seqodnya” nəşri məlumat yayıb.
Danışıqlarda hansısa nəticənin əldə edilib-edilmədiyi məlum deyil.
xxx
14:19
Belarusda Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında danışıqlar başlayıb.
Bu barədə “Sputnik Belarus” tərəflər arasında görüş başladığını açıqlayıb 
***12:50
Ukrayna nümayəndə heyəti Rusiya Federasiyasının nümayəndələri ilə danışıqlar aparmaq üçün Belarus-Ukrayna sərhədi ərazisinə gəlib.
RBC-Ukrayna xəbər verir ki, görüş Ukrayna-Belarus sərhəddində Pripyat çayı yaxınlığında baş tutacaq.
Nümayəndə heyətinin üzvləri:
“Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Arakhamia
Ukraynanın müdafiə naziri Aleksey Reznikov
Ukrayna Prezidenti Aparatının rəhbərinin müşaviri Mixaylo Podolyak
Andrey Kostin , TCG-də Ukrayna nümayəndə heyətinin rəhbəri
Xalq deputatı Rüstəm Umerov
Ukrayna xarici işlər nazirinin müavini Nikolay Toçitski
Bildirilib ki, Kiyev dərhal atəşkəs və rus qoşunlarının Ukrayna ərazisindən çıxarılmasını tələb edəcək. 



Oxşar xəbərlər