Ruslar Berdyansk Şəhər Şurasının binasını ələ keçirib
1-03-2022, 16:41
7 464

Ruslar Berdyansk Şəhər Şurasının binasını ələ keçirib

Rusiya hərbçiləri Berdyansk Şəhər Şurasının binasını ələ keçirib.
Bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyası məlumat yayıb .
"Rosqvardiya şəhərə daxil olub, işğalçılar yerli şuranın binasında məskunlaşıblar. Hakimiyyət orqanları binanı tərk edərək başqa otaqda məskunlaşıb və orada bütün xidmətlərin işini təşkil ediblər. Xidmətlər işləyir, Berdyansk əlaqə saxlayır", - məlumatda deyilir.
Məlumata görə, şəhərdə ərzaq çatışmazlığı ilə bağlı humanitar problemlər artır.
"Mağazalardakı ehtiyatlar tükənmək üzrədir. Xəstəxanalarda koronaviruslu xəstələr üçün tibbi ləvazimatlar və oksigen çatışmazlığı var",  - administrasiya əlavə edib.

Oxşar xəbərlər