Dünya
1-03-2022, 17:16
7 416
Camala uşaqları ilə Kiyevi tərk etdi - Fotolar
Ukraynanın Xalq artisti, “Avroviziya-2016” beynəlxalq mahnı müsabiqəsinin qalibi Camala Kiyevi tərk edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə o, instaqram səhifəsində məlumat verib: “Mən oyanıb eşitmək istəyirəm ki, bu hamısı “Yuxarı baxma” adlı filmdir. İki Yer boyda meteorit artıq başımızın üstündədir. Və hələ də siz nəsə fikirləşmisiniz deyənlər qalmaqdadır”.
Camalanın sözlərinə görə, fevralın 24-də həyat yoldaşı və uşaqları ilə bərabər Kiyevdən çıxıb, günlərlə avtomobildə ac qalıblar: “2 km 4 saata – təxmini belə hərəkət edirdik. “Niyə?”, - deyə soruşun. Çünki milyonlarla qadın və uşaq hər şeyi: mənzilləri, əşyaları atıb! Ərlərini ölkəni qorumaq üçün saxlayıb, uşaqlarını mərmilərdən qorumaq üçün qaçırlar”.
Ukrayna mətbuatı xəbər verir ki, müğənni əri və uşaqları ilə avtomobildə Rumıniya sərhədinədək çatıblar. Camalanın həyat yoldaşı Bekir Süleymanov Ukraynada qalıb, daha sonra Camala özü piyada getməli olub, çünki avtomobil idarə edə bilmir.
Rumıniyada Camalanı bacısının dostları qarşılayıb. İndi müğənni övladları ilə təhlükəsiz yerdə, Türkiyədə bacısının evindədir.