Kiyevdə baş verən partlayışlarla bağlı yeni TƏFƏRRÜATLAR
3-03-2022, 11:44
1 764

Kiyevdə baş verən partlayışlarla bağlı yeni TƏFƏRRÜATLAR

Ötən gecə Kiyevdə güclü partlayışlar olub, hava hücumundan müdafiə qüvvələri düşmən raketlərini vurub.
Bu barədə Ukraynanın Operativ Silahlı Qüvvələrinin Telegram kanalında məlumat verilib.
Kiyev Şəhər Dövlət Administrasiyasından bildirilib ki, şəhər infrastrukturu normal işləyir: istilik, su, işıq, bütün ərazilərdə rabitə mövcuddur.
O, əlavə edib ki, raket parçaları dəmir yolu vağzalının yaxınlığındakı istilik magistralını zədələyib. İstilik təchizatı üçün heç bir təhlükə yoxdur, səhər saatlarından başlayaraq təcili yardım briqadaları zədələnmiş yerləri təmir edib.
Partlayışların sayı və yeri barədə məlumatlar dəqiqləşdirilir.

Oxşar xəbərlər