Aktrisa ukraynalı qaçqınlara 3 milyon dollar bağışladı
4-03-2022, 16:04
7 731

Aktrisa ukraynalı qaçqınlara 3 milyon dollar bağışladı

Ukrayna əsilli amerikalı aktrisa Mila Kunis və əri Eşton Katçer ukraynalı qaçqınlara 3 milyon dollar bağışladıqlarını açıqlayıblar.
Kunis və həyat yoldaşı Katçer sosial media hesablarında mövzu ilə bağlı ortaq video paylaşıblar.
Videoda özünü ukraynalı və amerikalı kimi təqdim edən Mila Kunis, "1983-cü ildə Ukraynanın Çernovtsi şəhərində anadan olmuşam, 1991-ci ildə Amerikaya gəlmişəm. Özümü həmişə amerikalı kimi görmüşəm. Ancaq mən heç vaxt ukraynalı olduğum üçün indiki qədər fəxr etməmişəm", - deyə ifadə edib. 
Katçer ukraynalı ilə evli olmaqdan qürur duyduğunu vurğulayaraq, "Ukraynada baş verən hadisələr olduqca sarsıdıcıdır. Bu dünyada insanlığa qarşı bu cür ədalətsiz hücumlara yer yoxdur", - deyib. 
Bölgəyə humanitar yardım səylərini dəstəkləmək üçün ianələr topladıqlarını ifadə edən Katçer "Hazırda ən böyük problem logistikadır. Bölgəyə yaşayış, təchizat və qaynaq təmin etməliyik", - deyə bildirib. 

Oxşar xəbərlər