Rusiyalı pilot Ukraynada əsir düşdü - Foto
5-03-2022, 16:51
7 268

Rusiyalı pilot Ukraynada əsir düşdü - Foto

Ukraynanın Çerniqov şəhərində vurulan Rusiya təyyarəsinin iki pilotundan biri əsir düşüb, digəri ölüb.
Bu barədə Çerniqov vilayəti hərbi-mülki administrasiyasının sədri Vyaçeslav Çaus Telegram-da bildirib.
"Vurulan Rusiya SU-25 təyyarəsinin pilotu Çerniqovda saxlanılıb. İkinci pilot həlak olub. Bu gün düşmənin pilotsuz uçan aparatı da vurulub", - Çaus deyib.
Xatırladaq ki, Çerniqov vilayətində Ukrayna hava hücumundan müdafiə qüvvələri işğalçıların daha bir hücum təyyarəsini vurub. Bu barədə “Şimal” əməliyyat komandanlığı məlumat yayıb.

Oxşar xəbərlər