İtaliya Ukrayna çempionatına ev sahibliyi edə bilər
5-03-2022, 17:21
7 168

İtaliya Ukrayna çempionatına ev sahibliyi edə bilər

İtaliya Ukrayna çempionatının 2021/22 mövsümünün növbəti turlarına ev sahibliyi etməyə hazırdır.
Bu barədə İtaliya Futbol Federasiyasının (FIGC) rəhbəri Qabriele Qravina açıqlama yayıb. O bildirib: “İtaliya Futbol Federasiyası qaçqınların qəbuluna kömək etdiyi kimi Ukrayna çempionatının oyunlarını keçirməyə də hazırdır. Biz digər təşəbbüslər üzərində də işləyirik”. 
Qeyd edək ki, Ukrayna çempionatı fevralın 24-də Rusiya ilə müharibə başlaması səbəbindən dayandırılıb.
 

Oxşar xəbərlər