Rusiyanın 39 döyüş təyyarəsi və 40 helikopteri vurulub
5-03-2022, 18:13
7 117

Rusiyanın 39 döyüş təyyarəsi və 40 helikopteri vurulub

Ukraynanın dəniz piyadaları Nikolayev ətrafında Rusiyanın 4 helikopterini vurub.
Məlumatı Ukrayna Silahlı Qüvvələri Hərbi Dəniz Donanmasının mətbuat xidməti yayıb.
Ukrayna Silahlı Qüvvələri Hərbi Dəniz Donanmasının komandanı kontr-admiral Aleksey Neijpapa qeyd edib ki, bir dəniz piyadası 3 helikopter vurub. Günün əvvəlində Rusiyaya məxsus daha bir helikopter Ukrayna tərəfindən vurulmuşdu. 
Qeyd edək ki, Ukrayna hərbçiləri martın 5-dək Rusiyanın 39 döyüş təyyarəsi və 40 helikopterini vurduqlarını bildiriblər.

Oxşar xəbərlər