ABŞ və Ukrayna liderləri Rusiyaya qarşı sanksiyaları müzakirə ediblər
6-03-2022, 10:44
9 070

ABŞ və Ukrayna liderləri Rusiyaya qarşı sanksiyaları müzakirə ediblər

ABŞ Prezidenti Cozef Bayden Ukrayna lideri Vladimir Zelenskiyə zəng edib.
 TASS xəbər verir ki, bu barədə jurnalistlərə Ağ Evin nümayəndəsi bildirib.
Onun məlumatına görə, prezidentlər ABŞ-ın şərq sahili vaxtı ilə saat 18:18-dən 18:50-dək (Bakı vaxtı ilə saat 03:18-dən 03:50-dək) danışıblar.
Öz növbəsində, Zelenski tviter hesabında söhbət zamanı təhlükəsizlik məsələləri, Ukraynaya maliyyə dəstəyi və Rusiyaya qarşı sanksiyaların davam etdirilməsinin gündəmdə olduğunu bildirib.

Oxşar xəbərlər