Ruslar Axtırkada İES-i bombalayıb – Ölənlər var
6-03-2022, 16:49
27 736

Ruslar Axtırkada İES-i bombalayıb – Ölənlər var

Ruslar Axtırkada İstilik Elektrik Stansiyasını bombalayıblar, beş işçi həlak olub.
Bu barədə “Telegram”da Sumı Regional Dövlət Administrasiyasının sədri Dmitri Jivitski məlumat verib:
"Rusiya aviasiyası regionun infrastrukturunu və kritik obyektlərini bombalamağa davam edir (hətta zərbələrin sayını da itirmişik)! Dünən ruslar İES-i dağıdıblar. 5 mülki işçi həlak olub".
Jivitskinin sözlərinə görə, Axtırkada hələ də istilik yoxdur, evlərdə qismən su və işıq yoxdur.
"Nə deyə bilərəm ki, Axtırkanın özü qismən yoxa çıxıb! Rusiya aviasiyası bu gün şəhərin ərzaq bazasını, tikinti materialları anbarını və avtomobil dayanacağını dağıdıb. Yaşayış sahəsi atəşə tutulub. Qurbanların sayı barədə məlumatlar dəqiqləşdirilir", - o əlavə edib.

Oxşar xəbərlər