Ukrayna Rusiyanın daha 1 təyyarə və 4 helikopterini vurdu
12-03-2022, 12:18
18 346

Ukrayna Rusiyanın daha 1 təyyarə və 4 helikopterini vurdu

Ukrayna hərbçiləri martın 11-i Çerniqovşina bölgəsində Rusiyaya məxsus "Su-34” qırıcı bombardmançı təyyarəsini vurublar. 

"Unian” xəbər verir ki, bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı öz rəsmi feysbuk hesabında paylaşıb.

Məlumata görə, dünən Rusiyaya məxsus daha 5 hava hədəfi vurulub ki, bunlar da 4 helikopter və "Forpost” pilotsuz uçuş aparatıdır.

Oxşar xəbərlər