Kiyevdə təyyarə zavodu bombalandı
14-03-2022, 12:12
1 827

Kiyevdə təyyarə zavodu bombalandı

Antonov hava limanı deyil, Antonov təyyarə zavodu atəşə tutulub.
Xarici mətbuat xəbər verir ki, bu barədə Ukraynanın paytaxtı Kiyev şəhər rəhbərliyi məlumat yayıb.
Bildirilib ki, Antonov təyyarə istehsalı zavodu Kiyev şəhər mərkəzindən təxminən 10 kilometr aralıda, Svyatoşin aerodromunda yerləşir. 
Sosial şəbəkələrdə paylaşılan videolarda zavodda partlayış görüntüləri əks olunub. Şəhər administrasiyası təcili yardım xidməti əməkdaşlarının hadisə yerinə cəlb olunduğunu bildirib./Modern.az

Oxşar xəbərlər