Türkmənistanın yeni prezidenti seçildi
15-03-2022, 12:09
1 936

Türkmənistanın yeni prezidenti seçildi

Sərdar Berdiməhəmmədov Türkmənistanın yeni prezidenti seçilib.
Türkmənistan Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, Sərdar Berdiməhəmmədov seçicilərin 72,97%-nin səsini qazanıb.
Martın 12-də Türkmənistanda keçirilmiş prezident seçkilərində qeydiyyata alınmış 3 milyon 460 min 080 seçicidən 3 milyon 362 min 052 nəfəri iştirak edib, bu isə ümumi seçicilərin 97,17%-i deməkdir.
 Qeyd edək ki, 40 yaşlı  Sərdar Berdiməhəmmədov Türkmənistanın hazırkı Prezidenti Qurbanqulu Berdiməhəmmədovun oğludur. 

Oxşar xəbərlər