Dünya Bankından Ukraynaya 200 milyonluq DƏSTƏK
15-03-2022, 12:54
2 057

Dünya Bankından Ukraynaya 200 milyonluq DƏSTƏK

Dünya Bankı Ukraynada sosial xidmətlərə dəstək üçün 200 milyon dollara yaxın əlavə və yenidən proqramlaşdırılmış maliyyə ayırdığını elan edib.
Bu barədə bankın saytında məlumat verilib.
Bu maliyyə daha əvvəl Dünya Bankı Qrupunun Ukraynaya elan etdiyi 3 milyard dollarlıq dəstək paketinin bir hissəsidir. Ukrayna bu vəsaiti yaxın aylarda almalıdır.
Dünya Bankının Ukrayna üçün səfərbər etdiyi ümumi məbləğ hazırda 925 milyon dollardan çoxdur.

Oxşar xəbərlər