Gürcüstanın azərbaycanlılar yaşayan kəndində əməliyyat: Saxlanılanlar var
15-03-2022, 13:11
7 914

Gürcüstanın azərbaycanlılar yaşayan kəndində əməliyyat: Saxlanılanlar var

Gürcüstanın paytaxtı Tbilisinin Poniçala (Soğanlıq) kəndində xüsusi əməliyyat keçirilib.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, indiyədək 10-dan çox şəxs saxlanılıb.
Saxlanılanlar narkotik maddələrlə bağlı ittiham olunurlar.
Xüsusi əməliyyatın hələ də davam etdiyi bildirilir.
Qeyd edək ki, Soğanlıq Tbilisinin İsani-Samqori inzibati-ərazi vahidində yerləşən Poniçala kəndinin qədim adıdır. Kənddə, əsasən, azərbaycanlılar yaşayır.

Oxşar xəbərlər