Rusiyanın Ukraynada daha bir generalı öldürülüb
15-03-2022, 13:22
7 891

Rusiyanın Ukraynada daha bir generalı öldürülüb

"Azov” alayı Ukrayna ərazisinə hücum edən Rusiya Silahlı Qüvvələrinin general-mayorunu öldürüb.

Bu barədə alayın teleqram kanalında məlumat verilib.

"Kim bizə qılıncla gəlsə, elə qılıncdan da öləcək”, - alay vurğulayıb.

General-mayorun adı açıqlanmayıb.

Bundan başqa, bu gün "Azov” alayı Ukraynanın Mariupol şəhərindəki Rusiya ordusunun mövqelərini bombalayıb, nəticədə qarşı tərəfin bir neçə texnikası məhv edilib.

Oxşar xəbərlər