Gürcüstanda daha 1 716 nəfər COVID-19-a yoluxub
15-03-2022, 22:29
8 154

Gürcüstanda daha 1 716 nəfər COVID-19-a yoluxub

Gürcüstanda ötən sutka ərzində daha 1 716 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Məlumata əsasən, daha 1 551 nəfər müalicə olunaraq sağalıb, 16 nəfər isə vəfat edib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyası 1 637 691 nəfərdə aşkarlanıb. Onların 1 590 380-i sağalıb, 16 585-i isə ölüb.

Oxşar xəbərlər