Rusiyada məhkəmələrin saytları sındırıldı - FOTO
16-03-2022, 12:10
1 896

Rusiyada məhkəmələrin saytları sındırıldı - FOTO

Martın 16-da Rusiya arbitraj məhkəmələrinin internet saytları sındırılıb. 
Xarici mətbuat xəbər verir ki, sındırılmış saytların səhifələrində xakerlər Rusiya prezidenti Vladimir Putini bir nömrəli terrorçu, rusları isə faşist adlandırıb. 
Məlumata görə, sonradan saytlar fəaliyyətini dayandırıb.
Bundan əvvəl Anonymous hakerlərinin Roskomnadzor məlumat bazasını sızdırdığı bildirilmişdi. 
Xatırladaq ki, Rusiyanın Ukraynaya təcavüzündən qısa müddət sonra "Anonymous" xaker şəbəkəsi Rusiya hakimiyyətinə qarşı kibermüharibə elan etmişdi.
  • Rusiyada məhkəmələrin saytları sındırıldı - FOTO
  • Rusiyada məhkəmələrin saytları sındırıldı - FOTO



Oxşar xəbərlər