Xarkovda 500-dən çox dinc sakin öldürülüb
16-03-2022, 23:27
8 116

Xarkovda 500-dən çox dinc sakin öldürülüb

Rusiyanın Ukraynanı işğala başlaması nəticəsində öldürülən dinc Xarkov sakinlərinin ilkin sayı açıqlanıb.
Bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumat yayıb.
Məlumata görə, 500-dən çox Xarkov sakini həlak olub.
“Yalnız təsdiqlənmiş məlumatlara görə, Xarkovda müharibə başlayandan bəri işğalçılar 500-dən çox dinc sakini öldürüblər, onlardan 88-i dağıntılar altından xilas edilib. Axtarış işləri davam etdirilir. Xilasedicilərin dağılmış binaların yerində əməyi sayəsində bütün müharibə ərzində 189 insanın həyatı xilas edilib”.

Oxşar xəbərlər