Türkiyə S-400-lərin quraşdırılacağı tarixi açıqladı
20-09-2019, 19:30
358

Türkiyə S-400-lərin quraşdırılacağı tarixi açıqladı

Türkiyə Rusiyadan aldığı S-400 zenit-raket sistemlərini quraşdıracağı tarixi açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Türkiyənin Müdafiə sənayesi naziri İsmayıl Dəmir Ankaraya gətirilən S-400 komplekslərinin dekabrda qurulacağını deyib.
Onun sözlərinə görə, əvvəlcə S-400-lərin 2020-ci ilin aprelində quraşdırılacağı elan edilsə də, proses daha tez yekunlaşacaq: “Sistemlərin quraşdırılması dekabr ayında tamamlanacaq”.

Oxşar xəbərlər