Bu ölkədə COVID-19 pasportları ləğv ediləcək
17-03-2022, 18:35
6 808

Bu ölkədə COVID-19 pasportları ləğv ediləcək

İtaliya hakimiyyəti mayın 1-dən COVID-19 pasportlardan tam imtina etməyi planlaşdırır.
İtalyan mətbuatı xəbər verir ki, bu sənədin tətbiqi apreldən şəhər nəqliyyatı, bir sıra müəssisələrdə tədricən azaldılacaq.
Qəzet qərarı verən Elmi-Texniki Komitəyə istinadən bildirir ki, sanitar pasport koronavirus testinin nəticəsinə əsaslanan baza sənədi ilə əvəzlənəcək.
Qapalı məkanlarda maska taxmaq məcburiyyəti aprelin 30-da qədər davam edəcək. Apreldən stadionlarda yer sayı ilə bağlı məhdudiyyət də aradan götürüləcək.
Eyni zamanda, yoluxmuş şəxslə təmasda olanlar üçün karantin də ləğv olunacaq.
Peyvənd olunmaq yalnız tibb işçiləri üçün məcburi qalacaq.

Oxşar xəbərlər