Braziliyada teleqramın fəaliyyəti qadağan olundu
19-03-2022, 10:29
10 430

Braziliyada teleqramın fəaliyyəti qadağan olundu

Braziliya Ali Məhkəməsi ölkədə teleqram proqramının bloklanmasına qərar verib.
Bu barədə "Folha de S.Paulo" qəzeti məlumat yayıb.
Sosial şəbəkə messencerinin bağlanmasına səbəb Braziliya qanunlarına məhəl qoymaması və ölkədə nümayəndə təyin etmədən fəaliyyət göstərməsidir.
Məhkəmə bütün internet provayderlərinə teleqramın işini bloklamağı əmr edib. Məhkəmənin qərarına əməl etmədiklərinə görə onları 100 min real (20 min ABŞ dolları) cərimə gözləyir.

Oxşar xəbərlər