Dünya
19-03-2022, 18:58
56 423
Vəziyyəti ağırlaşan Dima Bilan əməliyyat olundu
Rusiyalı müğənni Dima Bilan əməliyyat olunub.
40 yaşlı ifaçı bu il artıq ikinci dəfədir, əməliyyat masasına yatıb. Dima bu haqda teleqram kanalında məlumat yayıb. İfaçı həzm sistemində problem olduğu üçün əməliyyat olunduğunu bildirib:
"12 yaşımdan həzm sistemimdə problem var. Koronavirusa yoluxmağım vəziyyətimi daha da ağırlaşdırdı. Daha sonra ikinci dəfə əməliyyat olundum".
Qeyd edək ki, Bilan iki gün əvvəl izləyicilərinə Moskvada klinikalardan birində olduğunu və əməliyyata hazırlaşdığını bildirib. Cərrahi müdaxilədən sonra isə səhhəti haqqında danışıb.