Aİ Rusiyadan asılılığı azaldır - ABŞ-la saziş imzaladı
25-03-2022, 13:59
24 780

Aİ Rusiyadan asılılığı azaldır - ABŞ-la saziş imzaladı

Avropa İttifaqı Rusiya enerjisindən asılılığını azaltmaq üçün mayeləşdirilmiş təbii qazla bağlı ABŞ-la qaz sazişi imzalayıb.
 
BBC xəbər verir ki, müqavilə ABŞ-ın Aİ-yə ilin sonuna qədər ən azı 15 milyard kubmetr əlavə LNG kimi tanınan yanacaq (mayeləşdirilmiş təbii qaz) verməsini təmin edəcək.
Avropa İttifaqı artıq Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq Rusiya qazından istifadəni azaldacağını rəsmi bəyan edib.
Razılaşma bu gün ABŞ prezidenti Co Baydenin Brüsselə üç günlük səfəri zamanı elan edilib.

Oxşar xəbərlər