Dünya
25-03-2022, 17:37
23 775
Bayden bunu müzakirə etmək üçün Polşaya gəlir
Bu gün ABŞ Prezidenti Co Baydenin Polşaya ikigünlük səfəri başlayır.
Xarici KİV xəbər verir ki, ABŞ dövlət başçısı səfər zamanı Polşa Prezidenti Andrjey Duda ilə danışıqlar aparacaq, ölkənin sərhəd regionlarında könüllülər və qeyri-hökumət təşkilatlarının təmsilçiləri ilə görüşəcək və Ukrayna qaçqınlarının vəziyyəti ilə yaxından tanış olacaq.
"ABŞ dövlət başçısının Polşaya səfəri son vaxtlarda ABŞ-dan yüksək səviyyəli səfərlər seriyasının məzmunca zirvə nöqtəsi hesab edilir", - Polşa Prezident Administrasiyasından bildirilib.
Qeyd edilib ki, son həftələrdə ABŞ-ın vitse-prezidenti, müdafiə naziri və dövlət katibi Polşaya səfər ediblər.
C.Baydenin Polşaya səfəri çərçivəsində müzakirə ediləcək mövzular arasında NATO və Polşanın şərq cinahının təhlükəsizliyinin təmin olunması da dayanacaq.