Putin Çubaysı xüsusi nümayəndə vəzifəsindən azad edib
25-03-2022, 18:21
23 904

Putin Çubaysı xüsusi nümayəndə vəzifəsindən azad edib

Rusiya Prezidenti Vladimir Putin Anatoli Çubaysın dövlət başçısının beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.
Bu barədə TASS-a Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
"Anatoli Çubaysın vəzifədən azad edilməsi ilə bağlı fərman Prezident tərəfindən imzalanıb”, - o deyib.

Oxşar xəbərlər