"Ruslar tərəfindən oğurlanan bəzi merlər ölü tapılıb" - Zelenski
28-03-2022, 15:59
6 593

"Ruslar tərəfindən oğurlanan bəzi merlər ölü tapılıb" - Zelenski

Rusiya işğalçıları tərəfindən oğurlanan Ukrayna şəhərlərinin bəzi merlərinin meyiti tapılıb. Digərlərini tapmaq mümkün deyil.
Bu barədə Vladimir Zelenski “The Economist”ə müsahibəsində deyib.
"Onlar bizim şəhərlərin merlərini oğurlayırlar. Onlardan bəzilərini öldürüblər. Bəzilərini tapa bilmirik. Artıq bəzilərini tapmışıq və onlar ölüblər", - prezident deyib. 
Zelenski vurğulayıb ki, Rusiya ordusu 2014-cü ildə Donbassda olduğu kimi işğal olunmuş ərazilərdə də eyni üsullardan istifadə edir.

Oxşar xəbərlər