Dünya
29-03-2022, 10:51
1 529
Rusiyanın desant gəmisi məhv edildi
Müvəqqəti işğal olunmuş Berdyansk limanındakı Rusiyanın “Saratov” desant gəmisi birbaşa dənizdə döyüş üçün uyğunlaşdırılmayan silahlardan məhv edilib.
Xarici KİV xəbər verir ki, bu barədə ukraynalı general-mayoru Viktor Yaqun açıqlama yayıb.
"Vəziyyət unikaldır, çünki heç kim heç vaxt gəmilərə qarşı belə bir silah sistemindən istifadə etməyib", - o bildirib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri müharibə başlayandan bəri bir neçə belə əməliyyat keçirib:
"Odessa yaxınlığında bir patrul gəmisini sahildən raket sistemləri ilə vurulması, katerə qarşı portativ zenit raket kompleksi istifadə etməyimiz və bu gəmiyə qarşı “Toçka-U”dan istifadə unikal vəziyyətlərdir. Dənizdə döyüş əməliyyatları üçün uyğunlaşdırılmayan silahların Ukrayna Silahlı Qüvvələri tərəfindən necə istifadə olunduğu təcrübəsi öyrənilə bilər".