Ruslar ukraynalı jurnalisti girov götürdülər
29-03-2022, 13:58
1 517

Ruslar ukraynalı jurnalisti girov götürdülər

Rusiya hərbçiləri Kiyev yaxınlığında UNIAN agentliyinin müxbiri Dmitri Xilyuku girov götürüblər.
Bu barədə tanınmış ukraynalı jurnalist Dmitri Qordon Telegram kanalında məlumat paylaşıb.
“Məlumatı Dmitrinin hələ də onunla əlaqə saxlaya bilməyən həmkarları və rus hərbçilərinin jurnalisti saxladığını görən qonşuları təsdiqləyib. Son məlumata görə, Dmitri Xilyuku Kiyev vilayətinin Dımerı kəndində yerləşən müəssisələrin birinin binasında saxlayırlar”, – Qordon bildirib.

Oxşar xəbərlər