Dünya
29-03-2022, 21:27
8 064
"Elə bildim araqdır" - Rus diplomat (VİDEO)
İstanbulda Ukrayna və Rusiya nümayəndə heyəti arasında maraqlı dialoq baş tutub.
Bu barədə "Haber Global" məlumat yayıb.
Bildirilib ki, görüşün başlamasına az qalmışdı rusiyalı diplomat Medinski stolun üstündəki kiçik şüşəni götürərək onu yoxlamağa başlayıb. Bu da ukraynalı siyasətçi David Arakhamianın diqqətini çəkib.
"O, dezinfeksiyaedicidir", - deyə Arakhamia Rusiyanın danışıqlardakı iştirakçısına müraciət edib. Mediniski isə cavabında "mən elə bildim araqdır" deyib.
Hər iki tərəfin siyasətçilərinin bu dialoqu çətin danışıqların getdiyi masada qısa müddətli təbəssümlərə səbəb olub.