Rusiya XİN-dən Azərbaycanı hədələyən deputatla bağlı AÇIQLAMA
29-03-2022, 17:28
7 314

Rusiya XİN-dən Azərbaycanı hədələyən deputatla bağlı AÇIQLAMA

Rusiyanın Xarici İşlər Nazirliyi Dövlət Dumasının deputatı Mixail Delyaginin yerli televiziya kanallarından birində Azərbaycanla bağlı verdiyi səriştəsiz və cəfəng açıqlamalara münasibət bildirib.
RİA Novosti xəbər verir ki, açıqlamada deyilir:
“Deputat Delyaginin Azərbaycan və Qarabağla bağlı bəyanatları Moskvanın mövqeyi ilə uyğun gəlmir, bu cür bəyanatlar yolverilməzdir”, - deyə Rusiya XİN-dən vurğulanıb.
Xatırladaq ki, rusiyalı deputat Azərbaycanı “proksi-dövlət” adlandırmış və ölkəmizin neft sənayesini vurmağı təklif etmişdi.

Oxşar xəbərlər