Ukraynada 2 azərbaycanlı HƏLAK OLDU
30-03-2022, 11:40
1 713

Ukraynada 2 azərbaycanlı HƏLAK OLDU

Ukraynada gedən müharibədə daha 2 azərbaycanlı həlak olub.
Rusiya Silahlı Qüvvələrinin Çerniqov vilayətinin Nosovka şəhərini artilleriya atəşinə tutması nəticəsində Ukrayna vətəndaşı olan 2 azərbaycanlı həlak olub. Bunlar 50 yaşlı Rauf Məmmədov və 35 yaşlı Ruslan Əhmədovdur.
Onlar mülki vətəndaş olublar. Azərbaycanlılar ilə yanaşı şəhərdə xeyli ukraynalı da həlak olub.(report)

Oxşar xəbərlər