"Atəşkəs əldə olunsa belə, sanksiyalar ləğv edilməyəcək" - Conson
30-03-2022, 16:37
15 465

"Atəşkəs əldə olunsa belə, sanksiyalar ləğv edilməyəcək" - Conson

Böyük Britaniyanın baş naziri Boris Conson Ukraynaya qarşı başladığı müharibəyə görə Rusiyaya qarşı tətbiq edilən sanksiyaların atəşkəs əldə olunsa belə, ləğv edilməyəcəyini bildirib.
Bu barədə Conson İcmalar Palatasında həftəlik sessiyasında danışıb. 
Hakim Mühafizəkarlar Partiyasından olan deputat Conni Merserin Ukraynaya daha çox hərbi yardım göstərilməsi çağırışına cavab olaraq Baş nazir Conson Merserin tamamilə haqlı olduğunu və hərbi və müdafiə dəstəyini ikiqat azaltmalı olduqlarını söyləyib.  
"Biz həmçinin təmin edəcəyik ki, dünyada dostlarımız və tərəfdaşlarımızdan heç kim sanksiyalardan geri çəkilməsin. Əslində, biz Vladimir Putinə iqtisadi təzyiqi artırmalıyıq və hər hansı sanksiyaların ləğvi tamamilə ağlasığmazdır",- deyə  ifadə  edib.  
Bununla yanaşı İngiltərə Baş naziri Consonun sözçüsü ötən gün jurnalistlərə bildirib ki, Conson yüksək səviyyəli nazirləri ilə görüşdə atəşkəsin Rusiyaya qarşı sanksiyaların ləğvi üçün səbəb olmayacağını deyib.

Oxşar xəbərlər