Taliban diplomatı ilk dəfə Rusiyada fəaliyyətə başladı
31-03-2022, 10:56
9 741

Taliban diplomatı ilk dəfə Rusiyada fəaliyyətə başladı

"Əfqanıstanın yeni hökumətinin ilk diplomatı Rusiyada akkreditə olunub". Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. "Keçən ay yeni səlahiyyətlilər tərəfindən göndərilən ilk əfqan diplomatı Moskvaya gəldi və nazirliyimizdə akkreditasiya aldı", - o, cümə axşamı Çinin Tunxi şəhərində Əfqanıstanın Qonşu Ölkələri Formatında Xarici İşlər Nazirlərinin Üçüncü Görüşünün iclasında bildirib. Nazirin sözlərinə görə, "idarəçilik təcrübəsinin olmaması, maliyyə və iqtisadi məhdudiyyətlər, ABŞ və müttəfiqlərinin siyasi və diplomatik təzyiqlərinə baxmayaraq, Əfqanıstanın yeni administrasiyası, ümumilikdə, dövləti ayaqda saxlamağa nail olur.

Oxşar xəbərlər