Ermənilərin başına pul qoyduğu döyüşçümüz necə itkin düşüb? – VİDEO
1-04-2022, 21:17
8 477

Ermənilərin başına pul qoyduğu döyüşçümüz necə itkin düşüb? – VİDEO

Xocalı rayonunun Fərrux kəndində aşkarlanmış kütləvi məzarlıqda dəfn olunmuş şəhidlərdən biri də Tahir İsmayılovdur.
“APA TV” itkin şəhidin ailəsinin evindən reportaj hazırlayıb.
Şəhidin xanımı Güldanə İsmayılova deyib ki, həyat yoldaşı döyüşlərə gedəndə övladları hələ azyaşlı olub:
“Uşaqlarım balaca idi, biri 6 aylıq, biri 3 yaşında idi. Bir dəfə formada gəldi ki, gedirəm, könüllü yazılmışam. Dedim, ay Tahir, mən heç yeri tanımıram, sən hara gedirsən? Dedi “Xocalıda anamızı, bacımızı o günə qoyublar, o getməsin, bu getməsin, bəs kim getsin?”. Könüllü olaraq getdi. Mən elə bilirəm ki, hardasa əsirdir, torpaqlarımız alındı, Tahir də evə gələcək. Elə bilirəm, haçansa qapı açılacaq, gələcək. Tahirin işlədiyi zavodda onun üçün xatirə lövhəsi qoyulub. Mən balalarımla ad günündə gedib ora gül qoyuram. Başqa bir yerimiz yoxdur ki, gedim ürəyimi boşaldım. Ölübsə məzarı yoxdur, qalıbsa, özü yoxdur...”
Şəhidin qohumu Çərkəz Məmmədzadə deyib ki, ermənilər Tahirin başına pul qoyubmuş: “Döyüş yoldaşları deyir ki, Tahirin başına pul qoyulduğundan onu sağ buraxmazdılar”.
Reportajı təqdim edirik:

Oxşar xəbərlər