Antalyada ATIŞMA: Suriyalılar Türkiyədə qarşı-qarşıya gəldi - VİDEO
2-04-2022, 11:39
8 954

Antalyada ATIŞMA: Suriyalılar Türkiyədə qarşı-qarşıya gəldi - VİDEO

Türkiyənin Antalya şəhərində 2 suriyalı qrup arasında silahlı insident baş verib.
Türkiyə mətbuatı xəbər verir ki, yük maşınının üstündə atışmaya başlayan suriyalılar uzun lüləli silahlarla bir-birlərinə hücum ediblər. Münaqişə anı ərazidə yaşayan vətəndaşın telefonu vasitəsilə lentə alınıb.
Gəldikləri avtomobillə bölgədən qaçan suriyalılar bir müddət sonra polis tərəfindən yaxalanıb. Suriyadan qaçaraq Türkiyəyə sığındıqları öyrənilən qrupun silahları haradan əldə etdiyi barədə məlumat verilməyib.
Suriyalıların küçənin ortasında toqquşması nəticəsində ölən və ya yaralananların olub-olmadığı hələlik açıqlanmayıb.
Həmin görüntüləri təqdim edirik:

Oxşar xəbərlər