Ruslar Qostomel aeroportundan geri çəkilib – VİDEO + FOTOLAR
2-04-2022, 12:15
9 030

Ruslar Qostomel aeroportundan geri çəkilib – VİDEO + FOTOLAR

Rusiya silahlı qüvvələrinin Kiyevdən kənarda yerləşən Qostomeldəki Antonov Hava Limanından (Qostomel aeroportu) geri çəkildiyini təsdiqləyən görüntülər yayımlanıb.
“CNN” xəbər verir ki, “Maxar Technologies” hava limanından peyk görüntüləri dərc edib.
Bildirilib ki, yeni peyk görüntüləri Rusiya qüvvələrinin Ukraynanın paytaxtı Kiyevdən təxminən 29 kilometr şimal-qərbdə yerləşən Qostomel aeroportundan geri çəkildiyini göstərir.
Qeyd edilir ki, ABŞ Müdafiə Nazirliyinin rəsmisi də daha əvvəl rusların həmin ərazidən geri çəkilməsi barədə məlumat verib.
Sözügedən video görüntülərini təqdim edirik:



Oxşar xəbərlər