Dünya
4-04-2022, 12:03
2 305
Putin İlham Əliyevi təbrik edib
Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevi ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə təbrik edib.
Bu barədə “Kremlin” məlumat yayıb.
Təbrikdə deyilir:
“Hörmətli İlham Heydər oğlu,
Dövlətlərimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə səmimi təbriklərimi qəbul edin.
Ötən onilliklər ərzində yaxşı dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan Rusiya-Azərbaycan münasibətlərinin inkişafı üçün çox işlər görülüb. Konstruktiv siyasi dialoq, eləcə də ticarət-iqtisadi, elmi-texniki, humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq genişlənir. Keçən il və ötən il bağlanmış üçtərəfli sazişlərə əsaslanaraq, biz Transqafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində birgə işləyirik.
Bu il mühüm nailiyyətlə - Rusiya ilə Azərbaycan arasında Müttəfiqlərin Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin imzalanması ilə yadda qaldı. Əminəm ki, ikitərəfli münasibətləri yeni, keyfiyyətcə daha yüksək səviyyəyə çıxarmaq xalqlarımızın köklü maraqlarına cavab verir.
Sizə, hörmətli İlham Heydər oğluna, səmimi qəlbdən möhkəm cansağlığı və uğurlar, bütün həmvətənlərinizə isə firavanlıq arzulayıram.
Hörmətlə,
Vladimir Putin”.