Rus aparıcının Litvadakı evinə sanksiya qoyuldu
4-04-2022, 18:54
6 548

Rus aparıcının Litvadakı evinə sanksiya qoyuldu

Rusiyanın "Birinci kanal”ının aparıcısı Artyom Şeyninin Litvadakı evinə sanksiya qoyulub. 

Bu barədə Litvanın "LTR” teleradio şirkəti Maliyyə Cinayətlərinin Araşdırılması Xidmətinə istinadən məlumat yayıb.

Bildirilir ki, Palanqa kurort şəhərində yerləşən və sahəsi 100 kvadratmetrdən çox olan mənzilin qiyməti 2014-cü ildə 60 min avro olub. İndi isə qiymət daha yüksəkdir. 

Mənzil Şeynin və onun həyat yoldaşına məxsusdur. Litvanın Maliyyə Cinayətlərinin Araşdırılması Xidməti növbəti addımlar üçün Qeydiyyat Mərkəzinə sorğu göndərib. 

Artyom Şeynin "Birinci kanal”ın Sosial və Publisistik Proqramlar departamentinin direktor müavinidir. 2016-cı ildən "Birinci kanal”da "Zaman göstərəcək” verilişini aparır. 2000-ci ildən Vladimir Poznerlə əməkdaşlıq edən Şeynin "Pozner” verilişinin çəkilişlərini təşkil edir. 
2022-ci ilin martında Şeynin Avropa Birliyinin sanksiyalarına məruz qalıb.

Oxşar xəbərlər