Solovyovun villasını yandırmaq istədilər
6-04-2022, 21:14
8 727

Solovyovun villasını yandırmaq istədilər

Naməlum şəxslər Komo gölü sahilində rusiyalı teleaparıcı Vladimir Solovyovun villasını yandırmağa cəhd ediblər.
“La Repubblica” xəbər verir ki, Ukrayna hadisələri ilə bağlı Aİ-nin sanksiya siyahısına daxil edilməsindən sonra İtaliya hakimiyyəti Kreml təbliğatçısının Menacio şəhərindəki daşınmaz əmlakına həbs qoyub.
Şəhər bələdiyyəsinin başçısı Mikele Spacarinin sözlərinə görə, mülkə böyük ciddi ziyan vurulmayıb. Yanğın vaxtında söndürülüb. 

Oxşar xəbərlər