Naxçıvanda mikroavtobus aşdı - Ölən və yaralananlar var
8-04-2022, 11:28
1 748

Naxçıvanda mikroavtobus aşdı - Ölən və yaralananlar var

Naxçıvan Muxtar Respublikasında ölümlə nəticələnən yol-nəqliyyat hadisə baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Culfa rayonunun Ərəzin kəndi ərazisində rayon sakini R.Abdullayev idarə etdiyi “Hyundai” markalı mikroavtobusu aşırıb. Qəza nəticəsində sərnişin Nərgiz Qədimbəyli hadisə yerində ölüb, digər 6 sərnişini isə xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır.

Oxşar xəbərlər