Ermənistanda Rusiya vətəndaşının asılmış meyiti aşkarlanıb
8-04-2022, 12:29
1 835

Ermənistanda Rusiya vətəndaşının asılmış meyiti aşkarlanıb

Ermənistanın paytaxtı İrəvanda Rusiya vətəndaşının asılmış meyiti aşkarlanıb.

Bu barədə Ermənistan mətbuatı xəbər verir.

Qeyd edilir ki, hadisə dünən axşam saatlarında baş verib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Rusiya vətəndaşı olan qadının meyitini aşkarlayıblar. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Qadının ad və soyadı açıqlanmır, lakin qeyd edilir ki, onun 45 yaşı varmış.

Oxşar xəbərlər