"Buna görə Putini məsuliyyətə cəlb edəcəyik"
8-04-2022, 19:27
7 440

"Buna görə Putini məsuliyyətə cəlb edəcəyik"

Böyük Britaniyanın xarici işlər naziri Liz Trass bu gün Rusiyanın Kramatorsk dəmiryol vağzalına endirdiyi raket zərbəsindən sonra Rusiyanı və prezident Vladimir Putini məsuliyyətə cəlb edəcəyinə söz verib.
Bu barədə Trass jurnalistlərə açıqlamasında deyib. 
“Rusiyanın Ukraynanın şərqindəki Kramatorsk dəmir yolu vağzalında mülki şəxslərə raket hücumu ilə bağlı dəhşətli xəbərləri heyrətə gətirir. Mülki insanlara qarşı hücumlar müharibə cinayətidir. Biz Rusiyanı və Putini məsuliyyətə cəlb edəcəyik”, - deyə o bildirib.

Oxşar xəbərlər