Polşanın Rusiyadakı səfiri XİN-ə çağırıldı
8-04-2022, 21:57
7 267

Polşanın Rusiyadakı səfiri XİN-ə çağırıldı

Polşanın Rusiyadakı səfiri Kşiştof Krayevski Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. 
"RİA Novosti" xəbər verir ki, bu, Polşa tərəfinin 45 rusiyalı diplomatın ölkəni tərk etməsi zərurətini elan etməsindən sonra baş verib. 
Diplomat mühafizəçilər və missiyanın bir neçə üzvünün müşayiəti ilə nazirliyə gəlib.
Bundan əvvəl Rusiya tərəfi bu cür hərəkətlərə Rusiyanın müvafiq cavab verəcəyini bəyan etmişdi.

Oxşar xəbərlər