“Whatsapp”da yeni funksiya istifadəyə veriləcək
9-04-2022, 01:36
7 285

“Whatsapp”da yeni funksiya istifadəyə veriləcək

"WhatsApp” populyar messencerin məlum problemini həll edəcək yeni funksiyaya sahib olmağı hədəfləyib: Kontaktlar siyahısında olmayan istifadəçilərlə əlaqə saxlamaq asanlaşacaq. Bu barədə WABetaInfo portalı məlumat yayıb.
Yeni funksiyanın özəlliyi ondan ibarətdir ki, saxlanmamış kontaktın üzərinə kliklədiyiniz zaman bir neçə variantdan ibarət pop-up pəncərəsi görünür. İstifadəçidən tez bir zamanda mesaj göndərmək, seçilmiş abunəçiyə zəng etmək, həmçinin onu telefon kitabçasına əlavə etmək təklif olunur.

Oxşar xəbərlər