Rusiya ordusunda yeni təyinat baş verdi
9-04-2022, 12:19
16 604

Rusiya ordusunda yeni təyinat baş verdi

Ordu generalı Aleksandr Dvornikov Rusiyanın Cənub Hərbi Dairəsinə komandan təyin edilib.
Bundan əvvəl o, Rusiya Silahlı Qüvvələrinin Suriyadakı bölməsinin komandanı olub.
A. Dvornikovun Ukraynadakı döyüşlərin idarəçiliyinə cəlb etmək üçün bu vəzifəyə təyin olunduğu bildirilir.
Qeyd edək ki, Qarabadğa sülhməramlı fəaliyyət göstərən Rusiya hərbi kontingenti də məhz Rusiya Cənub Hərbi Dairəsinin bölmələridir.

Oxşar xəbərlər