Avstraliya Ukraynaya hərbi yardımı artırır
11-04-2022, 10:41
1 541

Avstraliya Ukraynaya hərbi yardımı artırır

Avstraliya hakimiyyəti Ukraynaya daha 20 milyon dollar hərbi yardım göstərəcək. 
Ukrayna mətbuatı xəbər verir ki, bu barədə Ukraynanın Avstraliyadakı səfiri Vasili Miroşniçenko bildirib.
Qeyd edək ki, buna tank əleyhinə silahlar və sursatlar daxildir: "Avstraliya üçün bu, irəliyə doğru böyük addımdır. Bundan əlavə, onlar 70 milyon dollar məbləğində yardım göstəriblər. Bu, təqdim edilən dördüncü paket və ya həcmdir", - Miroşniçenko deyib.

Oxşar xəbərlər