Türkiyədə Azərbaycan-Ermənistan sülh prosesi müzakirə ediləcək
11-04-2022, 13:01
1 605

Türkiyədə Azərbaycan-Ermənistan sülh prosesi müzakirə ediləcək

Sabah Türkiyə Nazirlər Kabinetinin prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə toplantısı keçiriləcək.
“TRT Haber” xəbər verir ki, Rusiya və Ukrayna arasında müharibə son iclaslarda olduğu kimi, bu dəfə də Nazirlər Kabinetinin prioritet mövzularından biri olacaq.
Qeyd edilir ki, Azərbaycanla Ermənistan arasında sülh prosesi də iclasın gündəliyində olacaq.

Oxşar xəbərlər