Maksim Qalkin Ukraynadakı müharibə ilə bağlı paylaşım etdi
12-04-2022, 10:59
1 267

Maksim Qalkin Ukraynadakı müharibə ilə bağlı paylaşım etdi

Məşhur rusiyalı şoumen Maksim Qalkin Ukraynada davam edən müharibə ilə bağlı "Instagram" hesabından təsirli paylaşım edib.  
Xarici KİV xəbər verir  ki, o, mariupollu bir qızın acı hekayəsini paylaşıb.
Belə  kiŞ, sosial şəbəkələrin fenomeninə çevrilmiş balaca Kira Çebenko ilə bağlı videonu izləyicilərinə təqdim edərək onun acısını bölüşüb. Qız videoda anası ilə şəhərdən necə qaçdıqlarını və necə sağ qalmalarını danışır.
"Mən çoxlu gözəl uşaq nağılları eşitmişəm. Uşaqlar belə yaşamamalıdırlar. Uşaqlar kiçik həyatlarından belə hekayələr danışmamalıdırlar. Bu ukraynalı qız qətiyyən heç kimə hücum etmək fikrində deyildi", - deyə Maksim bildirib.
Qalkin paylaşımında ona dəstək çıxanlara, şərh bildirənlərə və Ukraynadakı müharibəyə səssiz qalmadıqlarına görə təşəkkür edib. 

Oxşar xəbərlər